CNN-in məlumatına görə, Donald Tramp sabah Suriya prezidentilə qeyri-rəsmi görüş keçirəcək
CNN-in məlumatına görə, Donald Tramp sabah Suriya prezidentilə qeyri-rəsmi görüş keçirəcək

CNN-in məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şəraa ilə qeyri-rəsmi görüş keçirəcək.

Görüş Səudiyyə Ərəbistanında baş tutacaq.

CNN bildirir ki, bu məlumatı Ağ Ev də təsdiqləyib. Qeyri-rəsmi görüş sabah keçiriləcək.

Bu, Donald Tramp və Suriya prezidentinin ilk görüşü olacaq. Suriya yeni administrasiyası ümid edir ki, Tramp ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılmasını müzakirəyə çıxaracaq.