CNN: Donald Trampa İrana qarşı hərbi kampaniyanın genişləndirilməsi ilə bağlı müxtəlif variantlar təqdim olunub

11:15, 16.07.2026
President Donald Trump meets with Ukranian President Volodymyr Zelensky at Mar-a-Lago in Palm Beach, Floriday, December 28, 2205. (Official White House Photo by Daniel Torok)

President Donald Trump meets with Ukranian President Volodymyr Zelensky at Mar-a-Lago in Palm Beach, Floriday, December 28, 2205. (Official White House Photo by Daniel Torok)

ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi kampaniyanın genişləndirilməsi ilə bağlı müxtəlif variantlar təqdim olunub. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sözügedən variantlar Trampa Ağ Evin Situasiya Otağında keçirilən iclasda təqdim edilib. Müzakirələrin əsas mövzusu İranın Hörmüz boğazına nəzarət imkanlarının zəiflədilməsi olub.

CNN-in məlumatına görə, Donald Tramp İranın enerji ixracının əsas mərkəzi hesab olunan Xarq adasının ələ keçirilməsi imkanını da nəzərdən keçirir. Bundan başqa, mediada İranın nüvə proqramı ilə əlaqələndirilən Pikaaks dağındakı yeraltı kompleksə zərbə endirilməsi variantı da müzakirə olunur. Peyk görüntülərinə əsasən, müharibənin ilk mərhələsində zədələnən həmin obyektdə bərpa işlərinə başlanılıb.

Mənbələrin sözlərinə görə, son zərbələrin məqsədi İranın Hörmüz boğazından keçən gəmilərə hücum imkanlarını məhdudlaşdırmaq olub.

CNN yazır ki, radar stansiyalarının məhv edilməsi daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq əlaməti də ola bilər.

Oxşar