“CNN” – Donald Tramp təşəbbüskarı vəfat etmiş Lindsi Qremin olduğu Rusiya əleyhinə sanksiyalar paketini dəstəkləyəcək
ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyalar haqqında ikipartiyalı qanun layihəsini dəstəkləmək qərarına gəlib. Qanun layihəsinin əsas təşəbbüskarı ötən həftə vəfat edən senator Lindsi Qrem idi.
Bu barədə məlumatı “CNN” mənbələrə istinadən yayır.
Lindsi Qrem və demokrat senator Riçard Blumental bundan əvvəl də administrasiyanın bu paketi dəstəkləməyə hazır olduğunu bildirirdilər. Onlar uzun danışıqlardan sonra razılığa gəldiklərini bildiriblər, lakin o vaxt qanun layihəsini birbaşa Trampın dəstəkləyib-dəstəkləməyəcəyi qeyri-müəyyən idi.
Senatda çoxluğun lideri Con Tun Ağ Evin Qremlə birlikdə bu qanun layihəsi üzərində sıx işlədiyini bəyan etmişdi.
Tunun sözlərinə əsasən, Lindsi Qremi sanksiyalar paketi “hər şeydən çox narahat edirdi”.
Sanksiyalar paketi Donald Trampa rus nefti, uranı və təbii qazını alan ölkələrə tariflər tətbiq etmək imkanı verəcək.