“CNN” – Donald Tramp Təhsil Nazirliyini ləğv etməyi planlaşdırır

19:17, 06.03.2025

 
ABŞ-nin Prezidenti Donald Tramp Təhsil Nazirliyini ləğv etməyə hazırlaşır. Bu haqda məlumatı “CNN” yayır.

Nəşrin məlumatına əsasən, Donald Tramp bu həftə və ya bu gün də Təhsil Nazirliyinin parçalanması ilə bağlı sərəncam imzalaya bilər.

Medianın yazdığı kimi, Ağ Ev nümayəndələri artıq müvafiq sərəncam hazırlayıblar. Sənədin adresatı təhsil naziri Linda MakMeihondur, prezident ona nazirliyin parçalanması haqda tapşırıq verib.

Bununla yanaşı, Təhsil Nazirliyinin tamamilə ləğvi Konqresdən təsdiq tələb edəcək.

Oxşar