“CNN” – Donald Tramp Səudiyyə Ərəbistanı ilə onlara mülki təyinatlı reaktorlar üçün nüvə yanacağını müstəqil şəkildə zənginləşdirmək imkanı verəcək razılaşmanı təsdiqləyib

17:27, 22.07.2026

 

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə onlara mülki təyinatlı reaktorlar üçün nüvə yanacağını müstəqil şəkildə zənginləşdirmək imkanı verəcək razılaşmanı təsdiqləyib. Bu barədə məlumatı “CNN” teleşirkəti yayır.

Medianın məlumatına əsasən, 30 illik razılaşma barədə rəsmi olaraq cari həftə elan edilə bilər.

Sənəd Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafında Amerikanın şirkətlərinin texnologiyaların ötürülməsi və ekspert dəstəyi ilə fəal iştirakını nəzərdə tutur.

Rəsmi bəyanatdan sonra Tramp administrasiyası sənədi Konqresə təqdim etməyi planlaşdırır və konqresdə medianın məlumatına əsasən, böyük ehtimalla ciddi müqavimətlə qarşılaşacaq.

Amerikalı rəsmi şəxsin verdiyi məlumata əsasən, razılaşma Səudiyyə Ərəbistanının nüvə obyektlərində keçiriləcək təftişlərin miqyaslarını məhdudlaşdırır, bu da qanunvericilər arasında artıq skeptisizmə səbəb olub.

Ekspertlər sərt təhlükəsizlik və monitorinq mexanizmləri olmadan yanacağın müstəqil şəkildə zənginləşdirilməsi hüququnun gələcəkdə nüvə silahının yaradılması risklərini əhəmiyyətli dərəcədə artıracağından ehtiyat edirlər.

Oxşar