"CNN" - Donald Tramp birinci prezidentlik müddətinə aid səs yazısında Putini Ukraynanı, Si Dzinpini isə Tayvanı işğal edəcəyi təqdirdə çox dəhşətli cavabla hədələyir
"CNN" - Donald Tramp birinci prezidentlik müddətinə aid səs yazısında Putini Ukraynanı, Si Dzinpini isə Tayvanı işğal edəcəyi təqdirdə çox dəhşətli cavabla hədələyir

 

“CNN” səs yazısının məzmununu yayır, səs yazısı onların verdiyi məlumata əsasən, seçki kampaniyasının donorları ilə Donald Trampın keçən ilki görüşünə aiddir.

Səs yazısına əsasən, Donald Tramp birinci prezidentlik müddətində Rusiya və Çinin liderlərini Ukrayna və Tayvanı işğal etmək qərarını qəbul etsələr, onları sərt cavabla necə hədələdiyi haqda danışır.

“Mən Putinə dedim, əgər Ukraynaya daxil olsanız, Moskvanı çox dəhşətli şəkildə bombalayacağam. Sizə deyirəm, yolum yoxdur. O, şübhə ilə cavab verdi, lakin mənə yalnız 10% inandı” – “CNN” Donald Trampdan sitat gətirir.

Yayılmış səs yazısına əsasən, Donald Tramp bildirir ki, həmçinin Çin Prezidenti Si Dzinpinə Tayvanın işğalının mümkün planları barədə xəbərdarlıq edib və “Pekini bombalamaqla” hədələyib – “bu zaman Si Dzinpin ağlımı itirdiyimi düşündü”.