"CNN" - Donald Tramp beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış 45 günlük atəşkəs planını dəstəkləməyib
"CNN" - Donald Tramp beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış 45 günlük atəşkəs planını dəstəkləməyib

 

ABŞ Prezidenti Donald Tramp beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış 45 günlük atəşkəs planını dəstəkləməyib. “CNN” bu haqda məlumatı mənbəyə istinadən yayır.

Media Ağ Ev nümayəndəsinə istinadən Donald Trampın təklifi imzalamadığını xəbər verir.

“Bu, çox sayda ideyalardan biridir” – Ağ Ev nümayəndəsi bildirib və ABŞ-nin İrandakı hərbi əməliyyatının sürətli templə davam etdiyini qeyd edib.

Yayılmış məlumata əsasən, ABŞ Prezidentinin bu gün Ağ Evdə keçirilməsi planlaşdırılan mətbuat konfransında davam edən müharibə ilə bağlı bəyanat verməsi gözlənilir.

“CNN”in məlumatına əsasən, Pakistan, Misir və Türkiyə iki ölkə arasında vasitəçi rolunu oynayırlar, lakin dolayı danışıqlar ötən həftə dayandırılıb və üzbəüz görüş üzərində iş isə ehtimal ki, başa çatıb.

Yayılmış məlumata əsasən, son təklif İranın xarici işlər naziri Abbas Arağçiyə və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofa göndərilib.

Məlumat üçün bildirək ki, “Reuters” mənbələrə istinadən xəbər verir ki, İran və ABŞ hərbi əməliyyatları bitirmək və dərhal atəşkəs bağlamaq planı qəbul ediblərr. “Reuters”in yazdığı kimi, məlumatlı mənbə nəşrə bildirib ki, plan bazar ertəsi günü qüvvəyə minə bilər və Hörmüz boğazı yenidən açıla bilər. Bundan əvvəl, bazar günü “Axios” məlumat yaymışdı ki, Amerika Birləşmiş Ştatları, İran və regional vasitəçilər müharibənin sonuna gətirib çıxara biləcək iki mərhələli razılaşmanın bir hissəsi olaraq potensial 45 günlük atəşkəsi müzakirə edirlər.