CNN – Co Bayden bəyan edir ki, ABŞ Ukraynalı pilotları hazırlayacaq “təyyarə qırıcıları koalisiyasına” qoşulacaq

10:28, 20.05.2023

ABŞ prezidenti, CO Bayden Yaponiyada keçirilən G7 sammitində təsdiq etdi ki, ABŞ Ukraynalı pilotları hazırlayacaq “təyyarə qırıcıları koalisiyasına” qoşulacaq.

“CNN”-nin məlumatına görə, Ukraynalı pilotların hazırlığı Avropada baş tutacaq. Burada Avropalı partnyorlarla birlikdə, Amerikalı personal da iştirak edəcək.

Teleşirkətin mənbəsinin məlumatına görə, hazırda ABŞ və müttəfiqləri Ukraynanı yaz və yay aylarında hücum əməliyyatları keçirmək üçün lazım olan sistemlər və silahlarla təmin etməyə cəmlənib.

“Ukraynanın Hərbi Hava Qüvvələrinin təkmilləşdirilməsi ilə bağlı diskussiyalar Ukraynanın müdafiəsinə uzunmüddətli öhdəliyimizi əks etdirir”, – ABŞ-ın rəsmi nümayəndəsi “CCN” ilə müsahibəsində bəyan etdi.

Bir neçə gün əvvəl Co Bayden qeyd etdi ki, əgər hansısa ölkə Ukraynaya Amerika istehsalı olan “F-16” qırıcıları versə, əleyhinə olmayacaq.

Oxşar