"CNN" - Avropada Trampın sülh səyinin uğursuzluğuna görə Ukraynanı və Avropanı günahlandıra biləcəyindən, eləcə də sülh səylərindən tamamilə imtina edə biləcəyindən ehtiyat edirlər
Avropada Trampın sülh səyinin uğursuzluğuna görə Ukraynanı və Avropanı günahlandıra biləcəyindən ehtiyat edirlər – bu haqda “CNN” yazır.
Medianın xəbər verdiyi kimi, avropalı rəsmi şəxslər ABŞ Prezidentinin Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllində irəliləyişin olmamasından o qədər məyus ola biləcəyindən və bu səylərdən tamamilə imtina edib uğursuzluğa görə Ukraynanı və Avropanı günahlandıra biləcəyindən ehtiyat edirlər.
“Bu, onun üçün bitməyən müharibə kimi getdikcə daha böyük siyasi yükə çevrilir” – mənbə bildirib.