“CNN” – Atəşkəs razılaşmasının yenidən qüvvəyə minməsindən sonra “HƏMAS” İsrailə, ehtimal ki, daha iki girovun cəsədini təhvil verib

22:13, 30.10.2025

 

Atəşkəs razılaşmasının yenidən qüvvəyə minməsindən sonra “HƏMAS” İsrailə, ehtimal ki, daha iki girovun cəsədini təhvil verib. Bu haqda məlumatı “CNN” yayır.

Medianın məlumatına əsasən, cəsədlər Qırmızı Xaç vasitəsilə İsrailə verilib və şəxsiyyətlərinin müəyyən edilməsi üçün Milli Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılacaqlar. Əgər onların şəxsiyyətləri təsdiqlənərsə, “HƏMAS” qruplaşması İsrailə 11 girovu qaytarmalı olacaq.

“Girovların qaytarılması cəhdi ləngimədən davam edir və sonuncu girov qaytarılana qədər dayanmayacaq” – İsrailin Baş nazirinin Ofisinin bəyanatında qeyd olunub.

Oxşar