“CNN” – andlı hakimlər Donald Trampa qarşı ittihamın sürülməsini dəstəklədilər

11:35, 31.03.2023

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti, Donald Trampa qarşı ittiham irəli sürəcəklər. “CNN”-in məlumatına görə, andlı hakimlər Donald Trampa qarşı ittihamın sürülməsini dəstəklədilər.

Manhetten andlı hakimlər böyük kollegiyasının qərarı ilə, Trampa qarşı ittiham irəli sürüləcək və prokurorun yaxın günlərdə eks-prezidenti məhkəməyə çağıracağı gözlənilir.

İşin detallarına görə, Donald Tramp 2016-cı il seçkiləri zamanı porno aktrisa, Stormi Danielsə Trampla güman  edilən münasibətinin təfərrüatlarını müzakirə etməmək üçün, 130 min dollar ödədi. Qeyd olunan ittihamı keçmiş prezident qəti olaraq imkar edir.

 

Oxşar