CNN – ABŞ və İran arasında mümkün razılaşmanın ilk hissəsi müharibədən əvvəlki status-kvonun bərpasına və Hörmüz boğazı-nın heç bir məhdudiyyət olmadan açılmasına yönələcək
CNN-in məlumatına görə, ABŞ və İran arasında mümkün razılaşmanın ilk mərhələsi müharibədən əvvəlki status-kvonun bərpasına və Hörmüz boğazı-nın heç bir məhdudiyyət olmadan yenidən açılmasına yönələcək.
Bildirilib ki, ABŞ və İran PakistanPakistanda aparılması nəzərdə tutulan danışıqların ikinci raundu üçün görüş keçirməyiblər, lakin vasitəçilik prosesinə yaxın mənbələrin sözlərinə görə, tərəflər zahirən göründüyü qədər uzaq mövqelərdə deyillər.
Məlumata görə, ABŞ və İsrail tərəfindən müharibənin əsas səbəblərindən biri kimi qiymətləndirilən İranın nüvə proqramı məsələsi danışıqların daha sonrakı mərhələsində müzakirə olunacaq.
ABŞ prezidenti Donald Trump daha əvvəl bildirib ki, hər hansı razılaşma İranın silah istehsalına yararlı zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini və uranın zənginləşdirilməsinin dayandırılmasını tələb edir. Lakin bu tələblər Tehran tərəfindən qəbul edilmir.
Mənbələrin sözlərinə görə, vasitəçilər tərəfləri razılaşmaya yaxınlaşdırmağa çalışır və qarşıdakı günlər həlledici hesab olunur. CNN-in yazdığına görə, prosesin gedişinə görə ABŞ-nin danışıqlardan çıxaraq yenidən hərbi eskalasiyaya qayıtması ehtimalı da istisna edilmir.