“CNN” – ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərini planlaşdırılan vaxtdan tez çatdıracaq
ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərini planlaşdırılan vaxtdan tez çatdıracaq. Bu barədə məlumatı “CNN” yayır.
ABŞ Müdafiə Nazirliyindən teleşirkətə bəyan etdiklərinəə görə, 65 Ukraynalı əsgər yaxın günlərdə “Patriot” sistemləri ilə əməliyyatın öyrənilməsi kursunu başa çatdıracaq. Bundan sonra isə, Ukraynalı hərbçilər əlavə treninqləri Avropada keçəcəklər.
“CNN”-nin yazdığına görə, Ukrayna əsgərləri “Patriot” sistemlərinin idarə edilməsini və istifadəsini kifayət qədər tez mənimsəyə bildilər. Onlar təlim kursunu on həftə əvəzinə səkkiz həftəyə başa çatdırırlar.
Media vasitəsinin məlumatına görə, hərbçilər Ukraynada “Patriot” tipli raket əleyhinə sistemlərdən bir neçə həftədən sonra istifadə edə biləcəklər.
“CNN”-nin məlumatına görə, ABŞ həmçinin, Ukrayna üçün “Abrams” tanklarının çatdrılması prosesini sürətləndirəcək.