"CNN" - ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdəki öz aktivlərini qorumaq üçün təyyarə və gəmilərin müəyyən sayını yerləşdirib
“CNN”in məlumatına əsasən, ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdəki öz aktivlərini qorumaq üçün təyyarə və gəmilərin müəyyən sayını yerləşdirib.
Həmçinin, “CNN” müdafiə qurumundakı anonim mənbələrə istinadən yazır ki, Qətərdə yerləşən bazadan bütün müdafiəsiz təyyarələr təxliyə edilib və Bəhreyndə dislokasiya olunmuş hərbi gəmilərə köçürülüb.
ABŞ-nin Mərkəzi Komandanlığı həmçinin əlavə qan ehtiyatlarını əvvəlcədən regionda yerləşdirib, bu isə ABŞ Silahlı Qüvvələrinə mümkün hücum halında standart protokoldur.