“CNN”: ABŞ Prezidenti Donald Trampın belə bir əmr verməsi halında, ABŞ İran əleyhinə hərbi əməliyyata 96 saat ərzində başlamağa hazırdır

15:32, 26.10.2026

ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə, ABŞ İran əleyhinə hərbi əməliyyata 96 saat ərzində başlamağa hazırdır. Bu barədə “CNN” telekanalına anonimlik şərti ilə danışan amerikalı yüksək vəzifəli şəxslər məlumat veriblər.

Onların sözlərinə görə, hazırda regionda mümkün hücumu həyata keçirmək üçün kifayət qədər hərbi qüvvə yerləşdirilib. Lakin əməliyyat başlanacağı təqdirdə, bu, mövcud status-kvonun qorunması çərçivəsini aşan, daha genişmiqyaslı hərbi əməliyyat olacaq.

Telekanala danışan yüksək vəzifəli şəxslər bildiriblər ki, məsələ Trampın əməliyyatın başlanması barədə əmr verib-verməyəcəyində deyil, bunu nə vaxt edəcəyindədir. Mənbələrin sözlərinə görə, bu, ilin sonunadək istənilən vaxt baş verə bilər. Ən ehtimal olunan vaxtın isə aralıq seçkilərdən sonrakı dövr olduğu bildirilir.

Bununla yanaşı, amerikalı yüksək vəzifəli şəxslər qeyd edirlər ki, İran artıq ABŞ-ın taktikasını daha yaxşı tanıyır və bu səbəbdən amerikalı hərbçilər üçün potensial hədəfləri məhv etmək getdikcə çətinləşəcək.

Mənbələr həmçinin bildirirlər ki, Prezident Tramp aralıq seçkilərdən sonra hansı addımları atacağına hələ qərar verməyib. Bununla belə, onun genişmiqyaslı hərbi əməliyyat keçirməyə meyilli olduğu ehtimal edilir.

Oxşar