“CNN – ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi bəyan etdi ki, ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemini göndərməyi nəzərdən keçirir

10:16, 30.11.2022

ABŞ Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə imkanlarını dəstəkləmək üçün, Ukraynaya “Patriot” raketdən müdafiə sistemini göndərməyi nəzərdən keçirir, – “CNN”-nin yazdığına görə, bu barədə ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi bəyan etdi.

“Patriot” nəzərdən keçirilən hava hücumundan müdafiə imkanlarından biridir. Biz ukraynalılara Rusiyanın hücumlarına müqavimət göstərməyə yardım edə biləcək bütün imkanları nəzərdən keçiririk. Beləliklə, bütün imkanlar masa üzərindədir”, – bu barədə nəşrin kimliyini anonim qoyduğu ABŞ hökumətinin nümayəndəsi bəyan etdi.

Paralel olaraq, Pentaqonun mətbuat katibi, briqada generalı Pat Ryder jurnalistlərə bəyan etdi ki, ABŞ “hazırda Ukraynaya “Patriot” batareyaları göndərməyi planlaşdırmır”.

Oxşar