“CNN” – ABŞ hərbçiləri İrana zərbəni yaxın həftəsonu həyata keçirməyə hazırdırlar, lakin Donald Tramp əməliyyatın icazələndirilməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib
ABŞ hərbçiləri İrana zərbəni yaxın həftəsonu həyata keçirməyə hazırdırlar, lakin Donald Tramp əməliyyatın icazələndirilməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib, – bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Evə məlumat verilib ki, hərbçilər həftəsonuna qədər zərbə endirməyə hazır olacaqlar, lakin mənbələrdən biri CNN-ə deyib ki, Donald Tramp hələ yekun qərar verməyib, o, müşavirləri və müttəfiqlərindən ən yaxşı addımın nə olacağını soruşur.
CNN-in yazdığına görə, fevralın 18-də Ağ Evdə administrasiyanın yüksək vəzifəli şəxsləri toplaşaraq İranla bağlı mövcud vəziyyəti müzakirə ediblər. Həmin gün Donald Trampa Cenevrədə keçirilmiş dolayı danışıqlar barədə onun xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner məlumat veriblər.
“Bu məsələyə çox vaxt sərf edir və düşünür”, – deyə mənbələrdən biri CNN-ə bildirib.
Bununla yanaşı, CBS News yazır ki, Pentaqon Yaxın Şərqdən müəyyən heyəti müvəqqəti olaraq çıxarır, çünki ABŞ-ın zərbəsi halında İranın mümkün cavab hücumuna hazırlaşır. Nəşrin məlumatına görə, hücumla bağlı qərarın qəbulu müddəti həftəsonundan sonra da uzadıla bilər.