Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi – Çin istənilən növ birtərəfli tariflərə qarşıdır, tarif və ya ticarət müharibəsi heç kimin maraqlarına xidmət etmir
Çin istənilən növ birtərəfli tariflərə qarşıdır – bu haqda Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Dzian bildirib.
O, tarif və ya ticarət müharibəsinin heç bir tərəfə fayda verməyəcəyini deyib.
“Çinin Çin və Birləşmiş Ştatlar arasındakı iqtisadi və ticarət məsələləri ilə bağlı mövqeyi ardıcıl və aydındır. Biz birtərəfli tarif tədbirlərinin bütün formalarına qarşıyıq. Tarif müharibəsi və ya ticarət müharibəsi heç kimin maraqlarına xidmət etmir” – Lin Dzian qeyd edib.
Məlumat üçün bildirək ki, Donald Tramp administrasiyası Avropa İttifaqı, Çin, Rusiya və daha 57 ticarət tərəfdaşının məhsullarına 10% və 12.5%-lik yeni gömrük tariflərini işə salıb. Ağ Ev qəbul edilən qərarı sözügedən ölkələrdə məcburi əməyin qadağan edilməsi qaydalarının lazımi səviyyədə icra olunmaması ilə izah edir. Yeni tənzimləmə tam olaraq əvvəlki müvəqqəti, 10%-lik qlobal tarifin qüvvədən düşdüyü vaxtda tətbiq olunmağa başlayıb.