Çinin Xarici İşlər Nazirliyində bildirirlər ki, ABŞ Çin–Hindistan münasibətlərinin yaxşılaşmasına mane olmağa çalışır
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Cianq bildirib ki, ABŞ Çin–Hindistan münasibətlərinin yaxşılaşmasına mane olmağa çalışır.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Müdafiə Nazirliyi tərəfindən yayımlanan hesabatı şərh edib. Həmin hesabatda qeyd olunur ki, “Çin Hindistanla gərginliyin azalmasından istifadə edərək münasibətləri sabitləşdirməyə çalışır”.
Lin həmçinin bildirib ki, Çin Hindistanla əlaqələrə strateji və uzunmüddətli perspektivdən yanaşır. O əlavə edib ki, Çinlə Hindistan arasında mövcud olan sərhəd məsələsi yalnız bu iki ölkənin həll etməli olduğu məsələdir və rəsmi Pekin istənilən ölkənin bu mövzuda qiymətləndirmə verməsinə qarşıdır.
“Sərhəd məsələləri yalnız Çin və Hindistan tərəfindən müzakirə olunmalıdır. Bu məsələyə hər hansı ölkənin müdaxiləsinə qarşıyıq”, – deyə Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.