Çinin Xarici İşlər Nazirliyi - Venesuelada Çinin və digər ölkələrin qanuni hüquqları və maraqları qorunmalıdır
Çinin Xarici İşlər Nazirliyi - Venesuelada Çinin və digər ölkələrin qanuni hüquqları və maraqları qorunmalıdır

 

Venesuelada Çinin və digər ölkələrin qanuni hüquqları və maraqları qorunmalıdır – bu haqda Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin bildirib.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Pekinin ABŞ-nin Venesueladakı hərəkətlərini qətiyyətlə pislədiyini deyib.

“Birləşmiş Ştatlar Venesuelaya qarşı utanmadan güc tətbiqinə əl atıb və Venesuelanın öz neft ehtiyatlarını idarə edərkən “Amerika hər şeydən əvvəl” prinsipini tətbiq etməsini tələb edib. Bu, təhdidin tipik aktı, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və Venesuelanın suverenliyinə ciddi müdaxilədir, eyni zamanda Venesuela xalqının hüquqlarını ciddi şəkildə sarsıdır” – Mao Nin qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, ABŞ Venesuela neftinə sanksiyalar qoymaqla və ölkəyə qarşı güc tətbiq etməklə ölkənin iqtisadi və sosial nizamına ağır zərbə vurub və həmçinin qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinə təhlükə yaradıb.

“Çin və Venesuela arasındakı əməkdaşlıq suveren dövlətlər arasında əməkdaşlıqdır və beynəlxalq hüquq və hər iki ölkənin qanunvericiliyi ilə qorunur” – Mao Nin qeyd edib.