Çinin Xarici İşlər Nazirliyi – Ümumdünya Səhiyyə Təşkilatının rolunu zəiflətmək yox, gücləndirmək lazımdır və Çin təşkilatı öz öhdəliklərini yerinə yetirməkdə dəstəkləyəcək
Ümumdünya Səhiyyə Təşkilatının rolunu zəiflətmək yox, gücləndirmək lazımdır – Çinin Xarici İşlər Nazirliyi Donald Tramp tərəfindən ABŞ-nın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı icra sərəncamının imzalanmasına belə münasibət bildirib.
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qou Dziakun deyib ki, Çin Ümumdünya Səhiyyə Təşkilatına öz öhdəliklərini yerinə yetirməkdə dəstəyini davam etdirəcək.
“Ümumdünya Səhiyyə Təşkilatının rolunu zəiflətmək yox, gücləndirmək lazımdır. Çin, hər zaman olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatını öz öhdəliklərini yerinə yetirməkdə, beynəlxalq ictimai səhiyyə əməkdaşlığının dərinləşdirilməsində, qlobal səhiyyə idarəçiliyini gücləndirməkdə və insan sağlamlığı cəmiyyətinin qurulmasını təşviq etməkdə dəstəkləyəcək” – Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.