Çinin Xarici İşlər Nazirliyi – Ölkələri “Soyuq Müharibə” mentalitetindən irəli gələrək bloklara bölmək və geosiyasi qarşıdurmanı körükləmək Arktika bölgəsində sabitliyin maraqlarına uyğun deyil

18:58, 22.10.2026

 

Ölkələri “Soyuq Müharibə” mentalitetindən irəli gələrək bloklara bölmək və geosiyasi qarşıdurmanı körükləmək Arktika bölgəsində sülh, sabitlik və inkişaf maraqlarına uyğun deyil – bu barədə Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin açıqlayıb.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Arktika beynəlxalq ictimaiyyətin ümumi maraqlarına təsir göstərir.

“Ölkələrin qanuna uyğun olaraq Arktikada fəaliyyət göstərmək hüquq və azadlığına tam hörmətlə yanaşılmalıdır. Çinin Arktikadakı fəaliyyəti regionda sülh, sabitlik və davamlı inkişafın dəstəklənməsinə yönəlib. Bu, beynəlxalq hüquqa tam uyğundur” – Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatı Avropa İttifaqı tərəfindən təqdim edilən yeni Arktika strategiyasına aiddir.

Oxşar