Çinin Xarici İşlər Nazirliyi – “Çin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında Macarıstanın yeni hökuməti ilə əməkdaşlığa hazırdır”
Çinin Xarici İşlər Nazirliyi – “Çin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında Macarıstanın yeni hökuməti ilə əməkdaşlığa hazırdır”

Çinin Xarici İşlər Nazirliyi Peter Madyarı Macarıstanın parlament seçkilərində qələbə münasibətilə təbrik edir və bildirir ki, yeni hökumətlə əməkdaşlığa hazırdır.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun-un sözlərinə görə, Pekin Macarıstanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

“Cənab Madyarın partiyası “Tisa” Macarıstanın parlament seçkilərində qalib gəlib və Çin onu təbrik edir. Çin Çin-Macarıstan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir və qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında Macarıstanın yeni hökuməti ilə əməkdaşlığa hazırdır ki, yüksək səviyyəli əlaqələr və siyasi qarşılıqlı etimad güclənsin, praktik əməkdaşlıq və xalqlar arasında əlaqələr genişlənsin, hər iki ölkənin xalqları daha çox fayda əldə etsin”, – deyə Guo Jiakun bildirib.

Məlumata görə, səslərin 96,37 faizi hesablandıqdan sonra müxalifət partiyası “Tisa” Macarıstan parlamentində 138 mandat toplayır ki, bu da onun konstitusion çoxluq əldə edəcəyi deməkdir.