Çinin vitse-prezidenti Xan Cenq noyabrın 6-8-də Gürcüstana rəsmi səfər edəcək
Noyabrın 6-8-də Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq rəsmi səfərlə Gürcüstana gələcək.
Rəsmi səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçiriləcək.
Gürcüstan hökumətinin başçısı Çin Xalq Respublikasının nümayəndə heyətini rəsmi ziyafətdə qəbul edəcək.