Çinin vitse-prezidenti – Gürcüstan və Çin arasında strateji münasibətlər getdikcə möhkəmlənir, ümid edirik ki, gələcəkdə də dostluq və tərəfdaşlığı davam etdirəcəyik
Strateji münasibətlər getdikcə möhkəmlənir və arzumuz onun daha da inkişaf etməsidir. Ümid edirik ki, gələcəkdə də Gürcüstanla dostluq, tərəfdaşlıq və əməkdaşlığı davam etdirəcəyik – bu barədə Çin Xalq Respublikasının vitse-prezidenti Xan Cenq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibli görüşdə açıqlayıb.
O, ikitərəfli münasibətlərin inkişafına qarşılıqlı dəstəyin xüsusilə vacib olduğunu və hərtərəfli strateji tərəfdaşlığın əsas prinsipi olduğunu bildirib.
“Son illər ərzində ölkəmizin liderləri ikitərəfli münasibətlərin inkişafını dəstəkləyiblər. İyunda prezident Si Dzinpin və prezident Ğavelaşvili görüşdülər və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyanat verildi. Gələn il Gürcüstan və Çin arasında diplomatik münasibətlərin 35 illiyi qeyd olunacaq. Strateji münasibətlər getdikcə möhkəmlənir və arzumuz onun daha da inkişaf etməsidir. Ümid edirik ki, gələcəkdə də Gürcüstanla dostluq, tərəfdaşlıq və əməkdaşlığı davam etdirəcəyik. İkitərəfli münasibətlərin inkişafına qarşılıqlı dəstək xüsusilə vacibdir və hərtərəfli strateji tərəfdaşlığın əsas prinsipidir. Uzun müddətdir Gürcüstan “Vahid Çin” prinsipini dəstəkləyir və Çin də Gürcüstanın suverenliyini, təhlükəsizliyini və ölkənin inkişaf maraqlarını dəstəkləyir. Biz qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən iqtisadi istiqamətdə inkişafını dəstəkləyirik. Bizim yeni imkanlar yaradacaq iqtisadi inkişaf planımız var” – Xan Cenq qeyd edib.