Çinin vitse-baş naziri - Rüsum və ya ticarət müharibələrində qalib yoxdur
Çinin vitse-baş naziri - Rüsum və ya ticarət müharibələrində qalib yoxdur

 

Rüsum və ticarət müharibələri qlobal iqtisadiyyata zərər vurur – bu haqda Çinin vitse-baş naziri He Lifnqi Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

He Lifnqinin bəyanatına əsasən, rüsum və ya ticarət müharibələrində qaliblər yoxdur. O, Çinin azad ticarəti dəstəkləməli olduğunu deyib.

“Biz azad ticarəti qətiyyətlə dəstəkləməli və birlikdə universal faydalı və inklüziv iqtisadi qloballaşmaya yardım etməliyik. Beynəlxalq ixtisaslaşma, əməkdaşlıq, qarşılıqlı tamamlayıcı güclü tərəflər və qarşılıqlı faydalı nəticəyə can atmağın şərtləndirdiyi iqtisadi qloballaşma tarixdə üstünlük təşkil edən tendensiyadır. O, bir çox ölkəyə, o cümlədən Çinə fayda gətirib və onlara sürətli inkişaf imkanı verib. Rüsum və ticarət müharibələrinin isə qalibləri yoxdur” – Çinin vitse-baş naziri bildirib.