Çinin Uxan şəhərindən Gürcüstan vətəndaşlarının təxliyyəsi planlaşdırılır
Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan edir ki, Çinin Uxan şəhərindən Gürcüstan vətəndaşlarının təxliyyəsi planlaşdırılır.
Onun dediyinə görə, hər şey edilir ki, ölkədə koronavirusun yayılması riski minimuma endirilsin.
“Vətəndaşlarımızın təxliyyəsi planlaşdırılır.Bu gün, günün ikinci yarısında görüşümüz olacaq və burada onların təxliyyəsinin necə baş verməsini qərara alacağıq. Dünya koronavirusa qarşı birgə mübarizə aparır. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə koronavirusun prevensial tədbirlərinə qoşulmuşuq. Hazırda təhlükə mövcud deyil. Hər şey edilir ki, ölkədə koronavirusun yayılması riski minimuma endirilsin”, – Tikaradze bəyan etdi.