Çinin şərq sahillərinə “Saudel” tayfunu çatıb, təbii fəlakət səbəbilə hakimiyyət sahilyanı ərazilərdə yaşayan əhalini təxliyə olunmağa çağırıb

14:34, 28.08.2026

Çinin şərq sahillərini “Saudel” tayfunu vurub. Təbii fəlakət səbəbilə Çin hakimiyyəti sahilyanı ərazilərdə yaşayan əhalini təxliyə olunmağa çağırıb.
Çinin dövlət mediasının məlumatına görə, tayfun cümə günü səhər Taycou və Vençjou şəhərlərinə çatıb.
Vençjou şəhərinin hakimiyyəti 820 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. Taycouda isə hakimiyyət səkkiz sərnişin bərə marşrutunun fəaliyyətini dayandırıb və 52 min nəfərin təxliyəsinə çağırış edib.
Dövlət xəbər agentliyi “Sinxua”nın məlumatına görə, bölgədə hazırda leysan yağışları və güclü külək müşahidə olunur.
Bununla yanaşı, “China Railway Shanghai Group” də Çinin Çjetszyan əyalətində bəzi dəmir yolu xətlərində qatarların hərəkətini cümə axşamı axşamdan cümə gününədək müvəqqəti dayandırıb.

Oxşar