Çinin xarici işlər naziri Si Dzinpinin payızda ABŞ-a səfər edəcəyini bildirir
Çinin xarici işlər naziri Si Dzinpinin payızda ABŞ-a səfər edəcəyini bildirir

 

Çinin xarici işlər naziri Vanq Yi Si Dzinpin və Donald Trampın görüşündə mühüm nəticələrə nail olduqlarını bildirib. O, Si Dzinpinin payızda ABŞ-a səfər edəcəyini deyir.

“Bu, iki dövlət başçısı arasında dərin ünsiyyətin baş tutduğu və mühüm nəticələrə nail olduqları vacib görüş idi” – Vanq Yi bildirib.

Çinin xarici işlər nazirinin qeyd etdiyi kimi, liderlər arasında görüş tarixi olub.

İran məsələsindən danışarkən Vanq Yi həm ABŞ-ni, həm də İranı nüvə məsələsi də daxil olmaqla, fikir ayrılıqlarını və mübahisələri danışıqlar yolu ilə həll etməyə çağırdıqlarını deyib.

Ukraynaya gəlincə, Vanq Yi münaqişənin mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirib.

“Çin və ABŞ ünsiyyəti davam etdirməyə və böhranın siyasi həllinin dəstəklənməsində konstruktiv rol oynamağa hazırdırlar” – Vanq Yi qeyd edib.

Tayvan məsələsindən danışarkən Vanq Yi bildirib ki, bu məsələ Çin-ABŞ münasibətlərində ən vacib məsələdir və ümumi vəziyyətə təsir göstərir.

“Görüş zamanı ABŞ tərəfinin Çinin mövqeyini başa düşdüyünü, Çinin narahatlığına əhəmiyyət verdiyini və beynəlxalq ictimaiyyət kimi Tayvanın müstəqilliyə doğru irəliləməsini dəstəkləmədiyini və ya tanımadığını hiss etdik” – Vanq Yi bildirib.