Çinin xarici işlər naziri - İrana qarşı hücumlara son qoyulmalıdır
Çinin xarici işlər naziri - İrana qarşı hücumlara son qoyulmalıdır

 

İrana qarşı hücumlara son qoyulmalıdır – bu haqda Çinin xarici işlər naziri Vanq Yi İsrailin xarici işlər naziri Qideon Saara telefon danışığı zamanı deyib.

Çinin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, telefon danışığı zamanı Vanq Yi qeyd edib ki, Çin İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi hücumlara qarşıdır və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir.

“Güc problemləri həqiqətən həll edə bilməz. Güc tez-tez yeni problemlər yaradır və ciddi uzunmüddətli nəticələr qoyur. Hərbi gücün əsl dəyəri döyüş meydanında deyil, müharibənin qarşısını almaqdadır” – Çinin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bununla yanaşı, Vanq Yi Qideon Saara Çinin beynəlxalq və regional məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inandığını bildirib və Pekinin gərginliyin azaldılmasında konstruktiv rol oynamağa davam edəcəyini qeyd edib.