Çinin xarici işlər naziri – Dünyada son vaxtlar çox dəyişiklik olub, amma Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək dəyişməz qalır
Dünyada son vaxtlar çox dəyişiklik olub, amma Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək dəyişməz qalır, – bu barədə Çinin xarici işlər naziri Van İ beynəlxalq təşkilat “BRİKS”in sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra bildirib.
Çinin xarici işlər idarəsinin rəhbərinin sözlərinə görə, Çin və Rusiya “BRİKS” çərçivəsində koordinasiya və əməkdaşlığı gücləndirməli və inkişaf edən ölkələrin birliyini dərinləşdirməlidirlər.
Öz növbəsində, Sergey Lavrov Van İyə Ukrayna böhranının son hadisələri haqqında məlumat verib və bir daha təkrarlayıb ki, Rusiya Ukrayna ilə ön şərtlərsiz sülh danışıqları aparmağa hazırdır və böhranın əsas səbəblərini həll etmək istəyir.