Çinin Kənd Təsərrüfatı Universitetində gürcü şərab mədəniyyəti haqqında təqdimat keçirilib
Çinin Kənd Təsərrüfatı Universitetində gürcü şərab mədəniyyəti haqqında təqdimat keçirilib

Çinin Xalq Respublikasında Gürcüstanın üzümçülük və şərabçılıq sahəsinin beynəlxalq təşviqi çərçivəsində Şərab Milli Agentliyinin nümayəndəsi Çin Kənd Təsərrüfatı Universitetində “Gürcüstan – şərabın vətəni” adlı təqdimat keçirib.

Üzümçülük kadastrı idarəsinin baş mütəxəssisi, professor Irma Mdinaradze təqdimat-mühazirə zamanı gürcü yerli (avtoxton) üzüm sortları, Gürcüstanın yabanı üzüm genofondunun qorunması və öyrənilməsi üzrə müasir yanaşmalar, eləcə də ölkədə üzüm bağlarının kadastr sisteminin tətbiqi barədə məlumat verib.

Onun sözlərinə görə, üzüm bağlarının kadastr sisteminin tətbiqi şərab keyfiyyətinə nəzarəti gücləndirir və istehsalın rəqabət qabiliyyətini artırır. O qeyd edib ki, bu proqram artıq yüksək maraq doğurub və Çin üçün də mühüm model ola bilər. Xüsusilə Gürcüstanın “üzüm və şərabın vətəni” kimi dünya şərab sənayesindəki rolu və bu təcrübənin beynəlxalq səviyyədə yayılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə Çin Kənd Təsərrüfatı Universitetinin müəllimləri və doktorantları iştirak edib. İştirakçılar Gürcüstanın üzüm bağlarının kadastr proqramına xüsusi maraq göstəriblər. Bu proqram Şərab Milli Agentliyi tərəfindən 2014-cü ildən həyata keçirilir və çərçivəsində Gürcüstanda təxminən 50 min hektar üzüm sahəsi qeydə alınıb ki, bu da sahənin strateji idarə olunmasını təmin edir.