Çinin hərbi qüvvələri Cənubi Çin dənizində müntəzəm patrul həyata keçiriblər
Çinin hərbi qüvvələri Cənubi Çin dənizində müntəzəm patrul həyata keçiriblər

Çinin hərbi qüvvələrinin bəyanatına görə, 23–26 fevral tarixlərində Cənubi Çin dənizində müntəzəm patrul həyata keçiriblər.

Bununla yanaşı, onlar Filippinləri qeyri-regional ölkələrlə – ABŞ və Yaponiya ilə birlikdə birgə patrul təşkil etməklə sülh və sabitliyi “pozmaqda” ittiham ediblər.

Çin hərbi qüvvələri həmçinin bildiriblər ki, Çinin ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qətiyyətlə müdafiə edəcəklər.

Eyni zamanda, Filippin Silahlı Qüvvələri cümə günü bəyan edib ki, hərbi müttəfiqlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə Filippin, ABŞ və Yaponiya hərbi-dəniz qüvvələri bu həftə Cənubi Çin dənizində birgə təlimlər keçiriblər.