Çindən Gürcüstan istiqamətinə ilk reqular yük qatarı yola düşdü
Çindən Gürcüstan istiqamətinə ilk reqular yük qatarı yola düşdü

Qansu vilayətinin Uvey şəhərindən Gürcüstan istiqamətinə ilk reqular dəmir yolu-konteyner qatarı yola düşdü. Yük qatarının yekun təyinat yeri Tbilisidir. Qatar 10-12 günə gələcək. Məlumatı XİN yayır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan dəmir yolu-konteyner daşımalarına müntəzəm xarakteri veriləcək, necə Gürcüstan, eləcə də Avropanın başqa ölkələri istiqamətilə.

Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, Arçil Kalandi ilk yük qatarının Gürcüstana yola salınması mərasimində iştirak etdi və tamaşaçılar qarşısında çıxış etdi.

Səfir Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına və Gürcüstanın regional ticarət, nəqliyyat və logistika qovşağı kimi mövqe tutmasına töhfə verəcək layihənin strateji əhəmiyyətini xüsusilə qeyd etdi.

Öz müqabilində, Qansu vilayətinin vitse-qubernatoru analoji layihələrin həyata keçirilməsinə kömək edən Qlobal Kəmər və Yol Təşəbbüsündə Gürcüstanın artan rolunu qeyd etdi.

Tədbirdə vilayətin hakim partiyasının baş katibi, Uvey şəhərinin meri və digər fəxri qonaqlar iştirak edirdilər.