Çində, Şansi (Shanxi) əyalətində yerləşən kömür mədənində baş verən partlayış nəticəsində 90 nəfər həlak olub
Çində, Şansi (Shanxi) əyalətində yerləşən kömür mədənində baş verən partlayış nəticəsində 90 nəfər həlak olub

Çinin şimal hissəsində, Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı nəticəsində 90 nəfər həlak olub. Bu barədə məlumatı “Reuters” Çin dövlət mediasına istinadən yayıb.

Məlumata görə, partlayış 22 may gecəsi Çinyuan rayonunda yerləşən “Liuşenyü” kömür mədənində baş verib. Hadisə zamanı mədəndə 247 işçi olub.

Çin Prezidenti Si Cinpin hökumətə yaralıların xilas edilməsi və axtarış-xilasetmə işlərinin aparılması barədə göstəriş verib. O, həmçinin hadisənin səbəblərinin tam araşdırılmasını və qanun çərçivəsində ciddi məsuliyyət tədbirlərinin görülməsini tələb edib.

Məlumata görə, mədənə cavabdeh şirkətin rəhbərləri artıq saxlanılıb.