Çində limanda yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər həlak olub

17:37, 10.09.2026

Çində limanda yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər həlak olub.
“Sinxua” xəbər agentliyinin məlumatına görə, Liberiya bayrağı altında üzən “Ocean Melody” yük gəmisində təmir işləri aparılırdı. Gəmi Çinin şimal-şərq sahilləri yaxınlığında olub.

Hadisə zamanı gəmidə 42 nəfər olub. Yanğın yerli vaxtla saat 11:00 radələrində başlayıb və saat 14:30-da söndürülüb. Yanğın nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb.

Hadisəyə Çin Prezidenti Si Cinpin də münasibət bildirib. O, aidiyyəti qurumlara hadisənin sürətlə araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tapşırıb.

Oxşar