Çində yeni növ koronavirusla həlak olanların sayı 1016-ə qədər artdı. Fevralın 10-da virusla Xubey əyalətində 103 insan həlak oldu.
Qeyd olunan bölgədə 10 fevralda yoluxmanın 2 097 yeni halı qeydə alındı, fevralın 9-da isə, virus 2 618 insanda müəyyənləşdirildi.
Çində yeni növ koronavirusa cəmi 42 200 insan yoluxub. Həlak olan insanların əksəriyyəti məhz Xubey əyalətində yaşayırdı.
Virusla yetərincə olmayan mübarizə ittihamı ilə, Çin hakimiyyəti Xubey Səhiyyə Komissiyasının rəhbərini və partiyanın katibini, həmçinin Qırmızı Xaçın yerli təşkilatının direktorunu vəzifəsindən kənarlaşdırdı.
10 fevralda Çinə Dünya Səhiyyə Təşkilatı missiyası getdi.