Çində kimya zavodunda baş vermiş partlayış nəticəsində azı beş nəfər ölüb, 19 nəfər yaralanıb, bir neçəsi isə itkin hesab olunur
Çində kimya zavodunda baş vermiş partlayış nəticəsində azı beş nəfər ölüb, 19 nəfər yaralanıb, bir neçəsi isə itkin hesab olunur

Çində kimya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində azı beş nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Bu barədə “BBC” məlumat yayıb.

Xüsusilə, Şandun əyalətində yerləşən kimya zavodunda baş vermiş partlayış nəticəsində beş nəfər ölüb, 19 nəfər yaralanıb, altı nəfər isə itkin düşmüş hesab olunur.

Hadisə yerinə 200-dən çox fövqəladə hallar xidməti əməkdaşı cəlb edilib. Şirkətin rəsmi saytında yerləşdirilən məlumata əsasən, zavod pestisidlər və əczaçılıq məhsulları istehsal edir.

Mətbuatda yayımlanan video görüntülərdə görünür ki, partlayış böyük yanğına səbəb olub. Hazırda partlayışın səbəbi məlum deyil. Hadisə ilə bağlı istintaq aparılır.