Çində Donald Tramp və Vladimer Putinin üz-üzə görüşü keçirilir

10:18, 19.11.2026

 

Şencendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putinin üz-üzə görüşü keçirilir.

Donald Tramp Putini dost adlandırıb.

“O kimdir? Bu, mənim dostumdur” — Tramp Putinlə görüşə daxil olarkən bildirib.

“Görüşümüzlə bağlı böyük gözləntimiz var. İllərdir ki, gözəl münasibətlərimiz var. Bir-birimizi çoxdan tanıyırıq və düşünürəm ki, bundan çox gözəl nəticələr alına bilər, ya da heç olmasa, başlaya bilər. Hərçənd, hesab edirəm ki, alınacaq da. Bildiyiniz kimi, daha sonra ikinci görüşümüz də olacaq. Lakin bunu indi keçirəcəyik və möhtəşəm olacaq” — Donald Tramp görüşün başlamasından əvvəl açıqlayıb.

Çinin lideri Si Dzinpin artıq sammitdədir.

“Açıq əməkdaşlıq Asiya-Sakit Okean regionunun inkişafı və dirçəlişinin danılmaz yoludur. İqtisadi inteqrasiyanı tədricən dərinləşdirməli və istisna edən, ya da bölən deyil, açıq və birləşdirici olan əməkdaşlıq modeli yaratmalıyıq” — Çin Prezidenti sammitdə çıxışı zamanı qeyd edib.

Öz növbəsində sammitdə çıxışı zamanı Donald Tramp üçtərəfli görüşü “tarixi” adlandırıb və onu səbirsizliklə gözlədiyini bildirib.

Vladimer Putin isə regionla ticarətin artımından danışıb və Rusiyanın bu regionun ayrılmaz hissəsi olduğunu qeyd edib.

“Biz regionun ayrılmaz hissəsiyik və onun iqtisadi rifahına mühüm töhfə veririk. Rusiya regionu enerji, böyük həcmdə dənli bitki və mineral gübrələrlə təmin edir. Bununla biz regionun enerji və ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə dəstəkləyirik. Ticarət tərəfdaşlarımız tədarüklərimizin etibarlılığına, yüksək keyfiyyətinə və sabitliyinə həmişə arxalana bilərlər” — Putin qeyd edib.

Donald Tramp və Vladimer Putin arasında görüş qapalı rejimdə keçirilir.

Bununla yanaşı, sammit çərçivəsində Si Dzinpin, Donald Tramp və Vladimer Putinin birgə görüşü planlaşdırılır. Ondan əvvəl Çin Prezidenti ABŞ və Rusiya liderləri ilə ayrıca da görüşəcək.

Oxşar