Çində ABŞ tərəfindən İrana qarşı sanksiyaların tətbiq edilməsinin və iqtisadi təzyiqin problemin həllinə kömək etmədiyini bəyan edirlər
Sanksiyaların tətbiq edilməsi və təzyiq problemin həllinə kömək etmir – Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Dzian ABŞ Prezidenti Donald Trampın İrana qarşı dağıdıcı iqtisadi müharibəyə başladığı barədə bəyanatına belə münasibət bildirib.
“Çin aidiyyəti tərəfləri məsuliyyətli tədbirlər görməyə və problemləri diplomatik, eləcə də siyasi yollarla həll etməyə çağırır” – Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib: “Bu gün İrana qarşı ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm, bu, misilsiz miqyasda iqtisadi müharibə və təcrid olacaq”.