Çin Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ-ın Tayvan bölgəsinə silah satışına qəti şəkildə qarşı çıxırıq

15:22, 07.10.2026

“Çinin mövqeyi aydındır. ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satışına qəti şəkildə qarşı çıxırıq”. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Cya Kun bildirib.
Quo Cya Kun həmçinin qeyd edib ki, ABŞ iki prezidentin görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, vahid Çin prinsipinə əməl etməlidir.

“Bununla yanaşı, Tayvan məsələsinin həlli Çin xalqının öz işidir və xarici müdaxiləyə yol verilməməlidir. ABŞ tərəfi iki prezidentin görüşündə əldə olunmuş mühüm ümumi razılaşmaları həyata keçirməli və vahid Çin prinsipinə əməl etməlidir”, – deyə Quo Cya Kun bildirib.

Qeyd edək ki, oktyabrın 2-də hərbi razılaşma çərçivəsində Tayvan ABŞ-dan iki ədəd “F-16V Block 70” tipli hərbi təyyarə alıb.

Oxşar