Çin Xarici İşlər Nazirliyi bildirir ki, Friedrich Merzin səfəri bir daha vurğulayır ki, Çin və Almaniya stabilliyi qorumaq və qarşılıqlı konstruktiv münasibətləri inkişaf etdirmək öhdəliyinə sadiqdir
Çin Xarici İşlər Nazirliyi bildirir ki, Friedrich Merzin səfəri bir daha vurğulayır ki, Çin və Almaniya stabilliyi qorumaq və qarşılıqlı konstruktiv münasibətləri inkişaf etdirmək öhdəliyinə sadiqdir

Çində Almaniya kanslerinin səfəri məhsuldar qiymətləndirilir. Bu barədə Çin Xarici İşlər Nazirliyində bildirilib.

“Merzin səfəri məhsuldar və əhəmiyyətlidir. Bu bir daha göstərir ki, Çin və Almaniya stabilliyi qorumağa, qarşılıqlı konstruktiv münasibətləri inkişaf etdirməyə, qarşılıqlı faydalı əməkdaşlıq qurmağa və fikir ayrılıqlarını səmimi, açıq və qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə həll etməyə sadiqdirlər. Çin hazırdır ki, bu səfəri Almaniya ilə əməkdaşlıq imkanına çevirsin, Çin-Almaniya münasibətlərində yeni bir mərhələyə başlasın və xaotik dünyada stabillik və pozitiv enerji yaratsın”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ning bildirib.

Qeyd edək ki, Almaniya kansleri iki günlük səfərlə Çindədir.