Çin Xarici İşlər naziri – Çin böhranın həllinə real töhfə vermək üçün Rusiya ilə əlaqəni davam etdirməyə hazırdır
Çin müharibəni dayandırmaq üçün sülh danışıqlarını davam etdirəcək, – bu barədə Çin Xarici İşlər naziri Tsin Qan rus həmkarı Sergey Lavrovla görüşündə bəyan etdi.
“Çin böhranın siyasi həllinə real töhfə vermək üçün Rusiya ilə əlaqə və koordinasiyanı davam etdirməyə hazırdır”, – Tsin Qan qeyd etdi.
Görüş zamanı xarici işlər nazirləri ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindən də danışdılar. Çin diplomatının dediyinə görə, bu əlaqələr Çin prezidentinin Rusiyaya səfərindən sonra xüsusilə möhkəmləndi.
Rusiya və Çin xarici işlər nazirləri Hindistanın Qoa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin sammiti çərçivəsində görüşdülər.