Çin və Rusiya prezidentləri “Böyük İyirimilik” sammitində iştirak edəcəklər
Çin və Rusiya prezidentləri “Böyük İyirimilik” sammitində iştirak edəcəklər. Məlumatı “BBC” İndoneziya prezidentinə istinadən yayır.
Bu, Vladimir Putin və Si Dzinpinin Balidə planlaşdırılan sammitə gələcəyinə dair ilk təsdiqlənmiş məlumatdır. Bu, Kovid pandemiyasının başlamasından bəri Çin prezidentinin ilk xarici səfəridir.
Bununla yanaşı, bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra keçiriləcək ilk qlobal sammit olacaq.
Balidə “Böyük İyirimiliyin” sammiti noyabrda planlaşdırılır. Görüşdə ABŞ prezidenti, Co Baydenin də iştirak edəcəyi güman edilir.