Çin və ABŞ ticarət şurasının ilk iclasında tariflərin azaldılmasını, kənd təsərrüfatı məhsulları ilə ticarəti və digər məsələləri müzakirə ediblər
Screenshot
Çin və ABŞ ticarət şurasının ilk iclasında tariflərin azaldılmasını, kənd təsərrüfatı məhsulları ilə ticarəti və digər məsələləri müzakirə ediblər. Bu barədə Çinin Kommersiya Nazirliyi bəyan edib.
İclas iki ölkə liderlərinin görüşündən bir neçə gün əvvəl baş tutub. Nazirliyin bəyanatına əsasən, tərəflər əvvəllər əldə olunmuş razılaşmaların icrası məsələsi, o cümlədən hər bir tərəfdən 30 milyard dollar həcmində olan tariflərin qarşılıqlı azaldılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Sentyabrda Vaşinqtonda Si Dzinpin və Donald Trampın sammitindən sonra tərəflər 60 milyard dollarlıq qarşılıqlı tarif azaldılması paketini elan etmişdilər. O, Çinin təxminən 17 milyard dollar dəyərində Amerika kənd təsərrüfatı məhsulları idxal etməsini nəzərdə tuturdu. Bu paket üzrə yekun razılaşma hələ əldə olunmayıb.