Çin tərəfindən Amerika Birləşmiş Ştatlarına tətbiq edilən 84 faizlik cavab rüsumları qüvvəyə minib

10:47, 10.04.2025

 

Çin tərəfindən Amerika Birləşmiş Ştatlarına tətbiq edilən 84 faizlik cavab rüsumları qüvvəyə minib. Məlumatı “BBC” yayır.

İndiyə qədər Çin Amerikaya 34%-lik rüsumlar tətbiq etmişdi, lakin Tramp tərəfindən rüsumların artırılması qərarı Çini bir daha rüsum dəyişikliklərinə sövq etdi.

Xatırladaq ki, dünən Çin idxalına 104%-lik rüsumlar qüvvəyə minib, lakin daha sonra Donald Tramp sosial şəbəkədə rüsumları 125%-ə qaldırdığını yazdı. Çin isə ticarət müharibəsində ABŞ-la sona qədər mübarizə aparacağına söz verib.

Oxşar