Cin Şahin – Rusiyanın Gürcüstana soxulmasını unutmayacağıq, biz gürcü partnyorlarının arxasında dururq
Biz, Rusiyanın Gürcüstana soxulmasını unutmayacağıq və onların suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi üçün gürcü partnyorlarının arxasında dururq, – bu barədə Amerikalı senator, Cin Şahin bəyan etdi.
“13 il bundan əvvəl Rusiya Gürcüstana soxuldu, bununla Gürcüstanla uzunmüddətli münaqişə başladı. Bu həmçinin, Putinin demokratiya ilə müharibəyə başlaması deməkdir. Biz, Rusiyanın Gürcüstana soxulmasını unutmayacağıq və onların suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi üçün gürcü partnyorlarının arxasında dururq”, – Amerikalı senator bəan edir.
2008-cili il Rusiya-Gürcüstan müharibəsindən 13 il keçdi. 2008-ci il avqust müharibəsi 400-dən artı qinsanın həyatına son qoydu. O cümlədən, onlar arasında 170 hərbçi xidmətçi idi. Müharibədə 2 232 insan xəsarət aldı, buradan 1 045 nəfər hərbçi idi. İntensiv döyüş əməliyyatları beş gün davam etdi. Fəal döyüş əməliyyatlarının dayandırlması isə, yalnız beynəlxalq həmdostluğun fəallaşmasından sonra mümkün oldu. Müharibənin başa çatmasından tezliklə Rusiya Abxaziya və “Cənubi Osetiyanın” müstəaqilliyini tanıdı. 2008-ci ildə imzalanmış atəşkəs barəsində razılaması rəsmi Moskva bu günə qədər yerinə yetirmir.
https://twitter.com/SenatorShaheen/status/1424086093733969924?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1424086093733969924%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fjin-shahini-ar-daviviwyebt-rusetis-shechras-saqartveloshi-chven-vdgavart-qartveli-partniorebis-gverdit%2F%3Ffbclid%3DIwAR0fiN7imxyNNWsbXGvc1H_Nf0zx9xUxiK1cytEBEuBqyTOh7vySDuBqIl8