Cin Şahin - Mən yenə də Gürcüstan xalqının və ölkənin demokratiyasını qoruyub saxlamağa çalışan vətəndaş cəmiyyətinin üzvlərinin yanındayam
Etiraz aksiyalarında saxlanılan vətəndaşlara qanuni yardım göstərmək cinayət deyil – bu barədə amerikalı senator Cin Şahin sosial şəbəkədə yazır.
Şahinin qeyd etdiyi kimi, yenə də Gürcüstan xalqının yanındadır.
“Etiraz aksiyalarında saxlanılan vətəndaşlara qanuni yardım göstərmək cinayət deyil. Eləcə də, bu, “dövlətə qarşı sabotaj” deyil. Mən yenə də Gürcüstan xalqının və ölkənin demokratiyasını qoruyub saxlamağa çalışan vətəndaş cəmiyyətinin üzvlərinin yanındayam” – Şahin yazır.
Məlumat üçün bildirək ki, prokurorluqda cari istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.