Cin Şahin 2026-cı ilin Senat seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirir
Amerikalı senator Cin Şahin 2026-cı ilin Senat seçkilərində namizədliyini irəli sürməyəcək. Bu barədə Şahin sosial şəbəkədə yazır və video yayır.
“Bu gün ətraflı müzakirədən sonra bəyan edirəm ki, 2026-cı ilin Senat seçkilərində namizədliyimi irəli sürməmək kimi çətin bir qərar verdim. Qarşımızda təcili çağırışlar var – həm burada, ölkəmizdə, həm də bütün dünyada. Yenidən seçilməyi planlaşdırmamağıma baxmayaraq, inanın ki, mən təqaüdə çıxmaq fikrində deyiləm” – Şahin “X”də yazır.
Məlumat üçün bildirək ki, Cin Şahin “MEGOBARI Act”nin müəlliflərindən biridir.