Çin prezidenti - odla oynayanlar ölürlər, ümid edirik ki, Amerika tərəfi bunu görür
Çin prezidenti - odla oynayanlar ölürlər, ümid edirik ki, Amerika tərəfi bunu görür

Odla oynayanlar ölürlər, ümid edirik ki, Amerika tərəfi bunu yaxşı görür, – bu barədə Çin prezidenti, Si Cinpin ABŞ prezidenti, Co Baydenə telefon danışığı zamanı dedi. İki ölkənin birinci şəxsləri arasında telefon danışığı iki saat davam etdi.

Medianın məlumatına görə, söhbət zamanı xüsusi diqqət Tayvan məsələsinə ayrıldı. Çin mediasının məlumatına görə, Si Cinpin Baydenlə söhbəti zamanı xüsusilə qeyd etdi ki, Amerika “Bir Çin prinsipini” müdafiə etməlidir və Pekin Tayvan müstəqiliyyinə və xaric qüvvələrin qarışmasına sərt şəkildə qarşı çıxır.

Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir ki, Tayvanla bağlı prezident Bayden xüsusilə qeyd etdi ki, Birləşmiş Ştatların siyasəti dəyişməyib və rəsmi Vaşinqton status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli səylərə qəti şəkildə qarşıdır.